“İzvestiya” qəzeti yazır ki, ilin əvvəlindən Rusiyada federal dairələrin yarıdan çoxunda qızılcaya yoluxma halları müşahidə olunub. Qəzet diaqnozu qoyulan xəstələrin sayını "minə yaxın" olaraq bildirib.
Hafta.az-ın “İzvestiya”ya istinadən yazdığına görə, ən azı 16 regionda bəzi məktəb, uşaq bağçası, universitet və xəstəxanalarda karantin tətbiq edilib.
Ən çox yoluxma halları Rostov və Xantı-Mansi rayonlarıdır. Rostovda xəstələrin sayı 200-dən çoxdur. Rostov qubernatoru bildirib ki, bu xəstəliyə yoluxanların 98 faizi peyvənd olunmayıb.
Qəzetə danışan “Rospotrebnadzor” rəsmiləri bildirirlər ki, ölkədə qızılcaya yoluxma halları nəzarət altındadır.
İnfeksiya üzrə mütəxəssis Andrey Pozdnaykov bildirib ki, xəstəliyə tam nəzarət etmək üçün sürü toxunulmazlığı 95 faizə çatmalıdır. Rusiyada bu nisbət hazırda 80 faiz civarındadır.